Ermənistan İranla sərhəd rejimini sərtləşdirir

2 Mart 2020 14:36

Ermənistan İranla sərhəd rejimini sərtləşdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan koronavirusun yayılmasının qarşısının alınması üzrə komissiyanın iclası zamanı deyib.

O bildirib ki, Ermənistan regionda epidemioloji vəziyyəti nəzərə alaraq bu qərarı qəbul edib:

"Biz İranla viza rejimin müvəqqəti bərpa olunması prosesini işə salırıq və 5 gün ərzində qərar qəbul edəcəyik".

Qeyd edək ki, ötən gün Ermənistanda ilk koronavirus faktı qeydə alınıb.

Milli.Az