AZPROMO Çindəki tədbirlərini təxirə saldı

2 Mart 2020 12:14

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çində yayılmış koronavirusla əlaqədar fevral-mart aylarında bu ölkədə keçirmək istədiyi tədbirləri təxirə salıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum üçün Asiya bazarları, bununla belə prioritet olaraq qalır.

Milli.Az