“Yuventus”un 3 futbolçusu koronavirusa yoluxdu

2 Mart 2020 11:54

İtaliyanın "Yuventus" klubunun üç futbolçusu koronavirusa yoluxub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, İtaliya C Seriyasında mübarizə aparan "Yuventus"un U-23 komandasının üç futbolçusunun koronavirusa yoluxduğu və komandanın müvəqqəti olaraq fəaliyyətini dayandırdığı bildirilib.

İtaliyada 1128 nəfər koronavirusa yoluxub.

Milli.Az