Samirənin “Eurovision” mahnılarından birini qeyri-rəsmi yaydılar - VİDEO

2 Mart 2020 13:30

Azərbaycanı "Eurovision- 2020"də təmsil edəcək müğənni Samirə Əfəndinin yarışma üçün yazılan mahnılarından biri sosial şəbəkədə yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Cleopatra" adlı bəstə qeyri-rəsmi şəkildə müsabiqənin fanları tərəfindən yutuba yerləşdirilib.

40 saniyədən ibarət olan demo versiya daha sonra digər səhifələrdə paylaşılıb.

Qeyd edək ki, İctimai Televiziya mahnı və klipi rəsmi şəkildə martın 10-dək təqdim edəcək. Təşkilat komitəsi seçimi iki mahnı arasında aparır. Onlar "Scars" və "Cleopatra"dır.

Milli.Az