Koronavirusla bağlı son vəziyyət: yeni qeydə alınanlar, ölənlər və sağalanlar - CƏDVƏL

2 Mart 2020 11:20

Dekabr ayından yayılmağa başlayan yeni növ koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Milli.Az bildirir ki, hazırda dünyada 89,074 nəfər bu virusa yoluxub. Xəstəlikdən ölənlərin sayı isə 3,050 nəfərdir. 45 min nəfər isə sağalıb.

Bu barədə məlumatı worldometers saytı yayıb. Burada qeyd olunan məlumata görə, koronavirusdan ən çox əziyyət çəkən ölkə Çin, İran, İtaliya və Cənubi Koreyadır.

Worldometers-in statistikasına görə, Azərbaycanda 3 koronaviruslu şəxs var.

Bəxtiyar Umarlı
Milli.Az