Koronavirusun miqyası böyüyür - İndi də bu ölkədə tapıldı

2 Mart 2020 09:28

Dominikan Respublikasına gələn İtaliya vətəndaşında koronavirus aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Listin Diario" qəzeti ölkənin Səhiyyə naziri Rafael Sançes Kardenasa istinadən xəbər verib.

Nəşrin məlumatına görə, turist respublikanın şərqində yerləşən Ramon de Lara hərbi xəstəxanasına yerləşdirilib.

Elə həmin xəstəxanada daha bir əcnəbi koronavirus şübhəsi ilə yatır. 56 yaşlı fransızın koronavirusa yoluxması hələ təsdiqini tapmayıb.

Milli.Az