"Fənərbağça"nın baş məşqçisi istefa verdi

2 Mart 2020 09:17

"Fənərbağça" baş məşqçisi Ərsun Yanalla yolları ayırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin istəyilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Yanal son dəfə komandanı Türkiyə kubokunun yarımfinalında "Trabzonspor"la ilk oyuna çıxaracaq.

Türkiyəli çalışdırıcı 2018-ci ildə "Fənərbağça"nın baş məşqçisi təyin edilmişdi.

Milli.Az