"El Klassiko"da "Real" "Barselona"nı məğlub edib -VİDEO - FOTO

2 Mart 2020 08:08

İspaniya Futbol çempionatının 26-cı turunun matçında "Real" evdə "Barselona" nı 2:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Madriddə keçirilib. Matçda qolları Vinisius Junior (71-ci dəqiqə) və Mariano Dias (92) vurublar.

"Real"ın keçmiş futbolçusu, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu matçı izləyib.

Turnir cədvəlində "Real" 56 xal toplayaraq birinci yerə yüksəlib. "Barselona" 55 xalla ikinci pilləyə enib.

Milli.Az