Yeniyetmə dəm qazından zəhərlənib

1 Mart 2020 23:45

Yevlaxda orta məktəb şagirdi dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Tanrıqulular kəndində baş verib.

8-ci sinif şagirdi Mehdiyeva Xatirə Faiq qızı dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüb. Yeniyetmə dərhal doğmalarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Milli.Az