"Mazda" dəmir arakəsmələrə çırpıldı, qadın ağır xəsarət aldı - FOTO

1 Mart 2020 21:50

Goranboyda minik maşını qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində baş verib.

"Mazda" markalı minik maşını Goran qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində 1967-ci il təvəllüdlü Bakı sakini olan sərnişin Quliyeva Şöhrət Rüfət qızı ağır xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomaşında olan digər şəxslər qəzadan yüngül xəsarətlə qurtulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az