"Sputnik" İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri sərbəst buraxılıb - YENİLƏNİB

1 Mart 2020 19:39

19:39

"Sputnik" İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztəpə sərbəst buraxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mahir Boztəpə saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.

---------

18:25

"Sputnik" İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir B. İstanbulda saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Mahir B. barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb.

Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.

"Sputnik" əməkdaşı barəsində istintaq davam edir.

Milli.Az