Ordunun şəxsi heyəti və döyüş texnikası təlim bölgəsinə yola düşüb - VİDEO - FOTO

1 Mart 2020 17:32

Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.

Milli.Az-ın məlumatına görə, şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir.

Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.

Milli.Az