Litva orduya çağırışı bərpa etdi

20 Mart 2015 10:39

Litva seyminin növbədənkənar keçirilmiş iclasında növbəti beş il ərzində orduya çağırışın bərpa olunmasına dair qərar qəbul edilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Litvanın "Delfi" xəbər portalı məlumat yayıb.

Məlumata görə, Litvanın müdafiə naziri Yuozas Olekas qərarın qəbul edilməsinə səbəbin Litva ordusunda təcrübəli hərbçilərin çatışmazlığı və dəyişilmiş geosiyasi vəziyyətin olduğunu bildirib. "Siz Ukraynada baş verən hadisələrdən xəbərdarsız", deyə nazir bildirib.

Deputatlar yekdilliklə orduya çağırışı bərpa edilməsini dəstəkləyərək bir sıra təkliflər irəli sürüblər. Belə ki, sosial-demokrat Birute Vesayte orduya uzun müddət işsiz qalan və çağırış yaşında olan məhkumları çağırmağı təklif edib. "Bu orduda şəxsi heyətin sayını artırmaq üçün bir ehtiyat mənbədir. Daha bir mənbə islah müəssisələrində cəzaçəkən gənclərdir. Bununla biz bu insanlara şans vermiş olacağıq", deyə millət vəkili bildirib.
 

Milli.Az