Bakıda koronavirus şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirildi - FOTO

1 Mart 2020 13:18

Bakıda koronavirus şübhəsi ilə hotel müştəriləri xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nəsimi rayonunda yerləşən "Holiday İnn Baku" hotelində müştəri olan İran İslam Respublikasının 5 vətəndaşı həkim nəzarətinə götürülüb.

TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.

Milli.Az