Ərdoğan və Putinin görüşəcəyi tarix məlum oldu

1 Mart 2020 12:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında növbəti görüşün tarix məlum olub.

Milli.Az bildirir ki, APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan və V.Putin arasında görüş martın 5-də baş tutacaq.

Moskvada keçiriləcək görüşdə Suriyanın İdlib vilayətində yaşanan gərginlikdən çıxış yolları müzakirə ediləcək. 

Milli.Az