Fərqli güləş növləri üzrə açıq Bakı turnirinə start verilib

1 Mart 2020 12:29

Martın 1-də Hövsan Olimpiya İdman Kompleksində fərqli güləş növləri üzrə açıq Bakı turnirinə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnir bütün yaş qruplarında orta və professional səviyyələr üzrə keçilir.

Turnirin əsas məqsədi idmanın bu növünü Azərbaycanda məşhurlaşdırmaq, ilin ikinci yarısında keçiriləcək "Open Azerbaijan" və ölkə birinciliyinə hazırlıq xarakteri daşıyır.

Turnirdə Bakı klubları və bölgələrdən 100-ə yaxın idmançı iştirak edir.

Milli.Az