“35 yaşım var, 1-ci kurs tələbəsiyəm”

1 Mart 2020 10:06

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bu il Azərbaycan Milli Konservatoriyasına qəbul olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə musiqiçi ARB kanalında yayımlanan "Söhbət var" verilişində danışıb:

"Mənim 35 yaşım var. Bu il Azərbaycan Milli Konservatoriyasına qəbul olmuşam. 1-ci kurs tələbəsiyəm. Musiqini dərindən öyrənmək üçün təhsil almaq qərarına gəldim".

Milli.Az