Bu gün “El Klasiko” var

1 Mart 2020 09:49

Bu gün  İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hesabat turunda "Real" doğma azarkeşlər önündə "Barselona"nı qəbul edəcək. "Santiaqo Bernabeu" stadionunda  keçiriləcək "El Klasiko" Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, hazırda aktivində 55 xal olan "Barselona" turnir cədvəlinin vahid lideridir. Madridlilər isə 53 xalla ikinci yerdə qərarlaşıblar. 

Milli.Az