Putin Ruhaniyə İrana koronavirusla mübarizədə kömək etməyə hazır olduğunu bildirib

1 Mart 2020 08:49

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə isitnadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Bildirilir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub: "Vladimir Putin İranda koronavirus səbəbindən insanların ölümü ilə əlaqədar Həsən Ruhaniyə başsağlığı verib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə yardım göstərməyə hazır olduğunu bildirib".

Bundan əlavə tərəflər ikitərəfli münasibətlərin gündəliyini, o cümlədən Suriaydakı vəziyyəti müzakirə ediblər.

Milli.Az