47 mindən artıq suriyalı qaçqın Türkiyəni tərk edib

1 Mart 2020 08:27

47 mindən artıq suriyalı qaçqın Türiyənin Avropa İttifaqı ilə sərhədini keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Saat 23:50 üçün Edirne vasitəsilə Türkiyəni tərk edən qaçqınların sayı 47113 nəfər təşkil edir".

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaçqınlar üçün Avropa İttifaqı ilə sərhədin açıldığını bildirib.

Milli.Az