Ərdoğan və Ruhani arasında telefon danışığı baş tutub

1 Mart 2020 00:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı regional məsələlər, o cümlədən İdlibdəki vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər.

Milli.Az