"Rizəspor"un baş məşqçisi istefa verdi

29 Fevral 2020 23:39

Türkiyənin "Rizəspor" futbol klubunun baş məşqçisi İsmayıl Kartal istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb.

Qeyd edək ki, Kartal "Trabzonspor"la matçdan sonra istefa qərarı verib. Buna səbəb Türkiyə Super Liqasının 24-cü turunda "Rizəspor"un "Trabzonspor"a 2:5 hesabla məğlub olmasıdır.

Milli.Az