ABŞ-da yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb

29 Fevral 2020 22:30

ABŞ-da yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Associated Press" agentliyi ştatın rəsmilərinə istinadən xəbər verir.

Məlumata əsasən, ölüm halı Vaşinqton ştatında qeydə alınıb.

Qeyd edək ki, ABŞ-da yeni növ koronavirusa 62 nəfər yoluxub.

Milli.Az