Koronavirusa görə "Bavariya"ya qadağa qoyuldu

29 Fevral 2020 20:25

Münxenin "Bavariya" futbol klubunun rəhbərliyi yeni koronavirus (COVİD-19) ilə əlaqədar futbolçuların azarkeşlərə avtoqraf vermələrini və onlarla selfi çəkdirmələrini qadağan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qadağa komandanın həm Bundesliqada, həm də ikinci liqada çıxış edən üzvlərinə şamil olunub.

Açıqlamada azarkeşlərdən bu qərarı anlayışla qarşılamaları xahiş edilib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl Yunayted" klubunun baş məşqçisi Stiv Brus da koronavirusla əlaqədar futbolçuların və texniki heyət üzvlərinin əllə salamlaşmalarının qadağan edildiyini açıqlamışdı.

Milli.Az