Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı iclasının vaxtı açıqlandı

29 Fevral 2020 18:27

Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-də saat 10:00-a təyin edilib.

Bu barədə Milli.Az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Əlaqə telefonu: 012 492-99-73.

Milli.Az