Mövcud epidemioloji vəziyyət ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana uçuşları dayandırır.
Bu barədə Milli.Az-a AZAL-dan məlumat verilib.
Məlumata görə bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi "Buta Airways" İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.
Həmçinin, "İran Air" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.
Milli.Az