"Yuventus" - "İnter" oyunu da təxirə salındı - Koronavirus təhlükəsi

29 Fevral 2020 19:35

İtaliya A Seriyasının 26-cı turunda bu həftə keçiriləcək 5 oyun koronavirusun yayılması təhlükəsinə görə təxirə salınıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, həmin görüşlər "Udenize" - "Fiorentina", "Milan" - "Genoa", "Parma" - SPAL,  "Sassuolo" - "Breşia" və "Yuventus" - "İnter" matçlarıdır.

Qarşılaşmaların mayın 13-də keçiriləcəyi bildirilib.

Milli.Az