Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı müəyyənləşib

29 Fevral 2020 17:48

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyənləşib:

- şagird sayı 1 000-dək olduqda, 1 vahid;

- şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;

- şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.

Sənəddə qeyd edilib ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.

Milli.Az