Son karantinə salınacaq - Koronavirusa görə

29 Fevral 2020 18:30

"Tottenhem"in futbolçusu Son Hın Min koronavirusa görə karantinə salınacaq.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu qolu sındığı üçün ölkəsi Koreyaya əməliyyat olunmağa gedib. Orada isə koronavirus yayılması səbəbindən oyunçunun İngiltərəyə qayıdarkən 2 həftəlik karantində qalacağı bildirilib.

"Tottenhem" futbolçusunun virusa yoluxmayacağından əmindir.

Milli.Az