Türkiyə Aİ ilə sərhədləri açdı - Qaçqınlar üçün

29 Fevral 2020 13:33

Türkiyə Avropa İttifaqı (Aİ) ilə sərhədlərini suriyalı qaçqınlar üçün açdı.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Qeyd edək ki, Türkiyə tərəfi fevarlın 27-də İdlibdə 33 türk hərbçinin şəhid olduğu əməliyyatdan sonra Ai ilə sərhədləri açacağını bildirmişdi.

Xatırladaq ki, fefralın 27-də Türkiyənin İdlibdə aparılan əməliyyatlar çərçivəsində 33 hərbçisi həlak olub, daha 32 nəfər yaralanıb. Buna cavab olaraq bu gün Türkiyə Silahlı Qüvvələri İdlibdə genişmiqyaslı əməliyyatlara başlayıb.

Milli.Az