Koronavirusun qripdən əsas FƏRQİ - Həkim açıqladı - VİDEO

29 Fevral 2020 14:29

"Koronavirusun qripdən əsas əsas fərqi alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratma özəlliyidir".

Milli.Az bakupost-a istinadən xəbər verir ki, bu sözləri həkim-infeksionist Fərrux Sədirov "Hədəf" verilişində koronavirusun xüsusiyyətləri barədə danışarkən deyib.

Mütəxəssis qeyd edib ki, bu virusun əsas əlamətləri 38 dərəcədən yüksək olan qızdırma, baş ağrısı və burun tıxanıqlığıdır:

"Bu virusa yoluxanların cəmi 5 faizində xəstəlik ağırlaşır. 81 faiz onu yüngül, 14 faiz isə orta ağır keçirir".

Milli.Az