"Azərbaycana necə qurban olmayasan?" - Demet Akalin azərbaycanlılardan yazdı - FOTO

29 Fevral 2020 12:39

Türkiyənin məşhur müğənnisi Demet Akalin sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az bildirir ki, ifaçı 8 milyonluq Instagram səhifəsində Azərbaycanla bağlı status paylaşıb. Azərbaycan və Türkiyə bayraqlarının rəngləri əks olunmuş fotonu yayan Demet "Azərbaycana necə qurban olmayasan? Yaxşı ki, orada gözəl dostlarım var", - sözlərini şəklə şərh olaraq qeyd edib.

Xatırladaq ki, ötən gün İdlibdə Türk Silahlı Qüvvələrinin 33 əsgəri həlak olub.

İsmayıl
Milli.Az