Kaçinskinin xatirəsinə Azərbaycanda bir dəqiqəlik sükut!
18 Aprel 2010 19:08
Təyyarə qəzası nəticəsində faciəli surətdə həlak
olmuş Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin, onu müşaiyət
edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin
xatirəsi aprelin 18-də Bakı vaxtı ilə saat 15:00-da Azərbaycanın bütün
ərazisində bir dəqiqəlik sükutla yad edilib.
Sükut dəqiqəsində
Azərbaycan Respublikasının ərazisində insanların və avtomobillərin
hərəkəti dayandırılmış, gəmi və qatarlar səs siqnalları veriblər.
/AzərTAc/