Koronavirus şübhəsi olan ailə xəstəxanadan qaçdı

29 Fevral 2020 11:13

Türkiyədə koronavirus şübhəsi ilə karantinə alınan ailə xəstəxanadan qaçıb.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, Musa Çelik adlı vətəndaş həyat yoldaşı və uşaqları ilə bilrikdə "Cərrahpaşa Xəstəxanası"nı tərk edib.

İrandan gələn ailənin uşaqlarında qızdırma, halsızlıq kimi şikayətlər olub. Buna görə onlar karantin altına alınıb. Ailənin günlərlə karantində qalmaqdan qorxduğu üçün xəstəxanadan qaçdığı deyilir.

Elçin Əlixan
Milli.Az