Şizofreniyanın yeni növü aşkarlandı - FOTO

29 Fevral 2020 16:30

Amerikalı alimlər şizofreniyanın yeni növünü aşkar ediblər.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, adi şizofreniya xəstəsində sağlam insanla müqayisədə beyin toxuması daha az müşahidə olunur. Yeni növdə isə boz maddənin həcmində dəyişiklik qeyd edilmir, belə ki, o, normal beyindəki qədər olur.

Alimlər belə bir qənaətə 300 pasiyentin beyininin analizi nəticəsində gəliblər.

Qeyd edilir ki, bundan sonra həkimlər şizofreniyanı "alt" və "patoloji" növlərinə ayıracaqlar.

Bu kəşfin psixi pozğunluqları daha keyfiyyətli müalicə etməyə imkan yaradacağı bildirilir.

Milli.Az