Bakıda 46 yaşlı qadın itkin düşüb - FOTO

29 Fevral 2020 12:09

Bakıda 46 yaşlı qadın itkin düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayon, Ramanı  qəsəbəsi, M. Ə. Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan,  1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görüblər.

Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Milli.Az