İtaliyada üç futbolçu koronavirusa yoluxdu

29 Fevral 2020 11:44

İtaliyanın "Pyaneze" klubu üç futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə D liqası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Virusa yoluxanlar sırasında klubun bir əməkdaşı da var.

Qeyd edək ki, İtaliyada koronavirus xəstəliyi geniş yayılıb. Bu xəstəliyə tutulanların sayının 600-ü keçdiyi, 17 nəfərin isə öldüyü bildirilir.

Milli.Az