Bədii gimnastımız Macarıstandan bürünc medalla geri dönüb

29 Fevral 2020 10:12

22-25 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə "Gracia Fair Cup" adlı beynəlxalq turnir keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvləri Leyli Ağazadə və Lalə Qebəybəyova təmsil edib.

Bu il iştirak etdiyi ilk beynəlxalq yarışda Leyli medal əldə etməyi bacarıb. O, çoxnövçülüyün nəticələrinə əsasən bürünc medal qazanıb. Onun komanda yoldaşı Lalə isə çoxnövçülükdə 6-cı olub.

Milli.Az