Türkiyədən Yunanıstana keçmək istəyən miqrantlara qarşı qaz bombası istifadə edilib

29 Fevral 2020 20:15

Yunanıstan əsgərləri Türkiyədən bu ölkəyə keçmək istəyən miqrantlara qarşı qaz bombasından istifadə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Türkiyənin Ədirnə şəhərindəki "Pazarkule" sərhəd-keçid məntəqəsində baş verib.

Qaz bombasının təsirindən miqrantlar geri çəkiliblər. Hazırda yunan əsgərlərinin miqrantlarla geri qayıtmaları ilə bağlı danışıqlar aparılır.

Milli.Az