Bakı-Sumqayıt şossesində avtomobil aşıb - VİDEO - FOTO

29 Fevral 2020 09:55

Bakıda yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən sürücü avtomobilini xəndəyə aşırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ekoloji Nəzarət Postunun yaxınlığında baş verib.

Məlumata görə, həmin ərazidə yolda təmir-tikinti işləri aparılır. Buna görə də yanacaq doldurma məntəqəsinin qarşısı da qazılıb. Bunu vaxtında görməyən "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil qazılan quyuya düşüb.

Milli.Az