Türkiyədə zəlzələ qeydə alınıb

29 Fevral 2020 08:59

Türkiyənin Manisa vilayətində 3,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 23:47-də qeydə alınıb. Zəlzələnin episentri Akhisar rayonunda olub.

Yeraltı təkanlaın ocağı 7,06 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntı barədə məlumat verilməyib.

Milli.Az