Gürcüstanda zəlzələ baş verib

29 Fevral 2020 08:02

Gürcüstanın Oni şəhərindən (Raça-Leçhumi regionu) 11 kilometr məsafədə 3,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat verilib.

Məlumata əsasən, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 23:15-də qeydə alınıb.

Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Xəsarət alanlar və yaralananlar barədə məlumat verilməyib.

Milli.Az