Fransada “Lion vağzalı” yanır

28 Fevral 2020 22:58

Fransanın ən böyük qatar stansiyalarından biri Lionda yanğın başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, vağzalın yaxınlığındakı ərazidən insanlar təxliyyə olunub. Ehtimal edilir ki, yanğın qəsdən törədilib. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Milli.Az