"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandanın zədəli futbolçuları Harri Keyn və Hın Min Sonun son durumları haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, hər iki hücumçunun gözləniləndən tez yaşıl meydanlara qayıda biləcəyini deyib:
"Harri gözləniləndən tez sağalır. Bu durum mənə onun bu mövsüm 1,2,3,4 və ya 5 matç oynaya biləcəyinə ümid verir. Sonun da vəziyyəti eynidir. Mövsüm bitmədən onun və Keynin birgə oynayacağını xəyal belə edə bilmirəm. Amma bu, mümkün ola bilər".
Milli.Az