Türkiyə ilə Rusiya arasında danışıqlar başa çatıb

28 Fevral 2020 21:27

İdliblə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışıqlar Türkiyə Xarici İşlər Nazirliyində aparılıb.

Bildirilib ki, görüşdə İdlibdə davamlı atəşkəs elan edilməsinin, gərginliyin azaldılması və Suriya ordusunun Soçi razılaşmasında göstərilən hüdudlardan kənara çıxarılmasının zəruriliyi vurğulanıb.

Milli.Az