“Lotos” Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın - FOTO

28 Fevral 2020 17:31

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən baku.ws-ə bildirilib.

Verilən məlumata görə, hadisə Nizami rayonunda, "Lotos" Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az