Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

28 Fevral 2020 19:49

Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib. 

Milli.Az xəbər verir ki, turun oyunçusu "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne olub.

O, UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Belçikalı futbolçu "Şəhərlilər"in "Real"ı məğlub etdiyi matçda (2:1) 1 qol vurub,1 assist etmişdi.

Milli.Az