"Mən cavanlığımda çox şirin idim" - Əli Mirəliyev - FOTO

28 Fevral 2020 17:21

Əli Mirəliyev "Ona qalsa" verilişində cavanlığından bəhs edib.

Milli.Az xəbər verir ki, müğənni gənclik vaxtlarında xarici görünüşü ilə diqqət çəkən kişilərdən olduğunu bildirib.

Əli Mirəliyev o vaxtlar geyiminə də xüsusi diqqət yetirdiyini qeyd edib:

"Baxırsan ki, cavanlıqda hamı kimi adi, sıradan biridir. Amma sonradan gözəlləşir bu. Deməli nə isə maya qoyur da özünə. Söhbət kişilərdən gedir. Amma mən cavanlığımda çox şirin idim. Yaxşı geyinirdim. Mən həmişə geyimə pul vermişəm. İndi hər şey var dükanlarda - Sədərək, Binə, nə bilim. Mən paltarı Kubinkadan alırdım". 

Məhəmməd Vaqif
Milli.Az