Gürcüstanda koronavirusa ikinci yoluxma halı

28 Fevral 2020 19:34

"Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, virus İtaliyadan qayıtmış Gürcüstan vətəndaşında qeydə alınıb.

Xatırladaq ki, fevralın 26-da ölkədə ilk yoluxma halı qeydə alınmışdı.

Milli.Az