Vulkan püskürməsi Bakıya da təsir etdi
18 Aprel 2010 18:03
İslandiyada vulkan püskürməsindən hava şəraitinin pisləşməsi və təyyarə uçuşlarının təxirə salınması ilə əlaqədar Bakıda keçiriləcək gənclər arasında boks üzrə dünya çempionatının vaxtı dəyişdirilib.
Qərara alınıb ki, yarış aprel ayının 25-də keçiriləcək.
Komandaların isə Bakıya aprel ayının 24-də gələcəyi gözlənilir.
/ANS Press/